Mobil versiya
Atambayev qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 03-06-2025 | Saat: 21:09
Bölmə:Özəl | çapa göndər

Atambayev qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edilib

TASS xəbər verir ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.Əvvəllər məhkəmə bir neçə cinayət işini bir icraatda birləşdirib. O cümlədən, Almazbek Atambayev İES-in modernləşdirilməsi zamanı qanunsuz varlanmada, 2019-cu il avqustun 7-8-də Koy-Taş kəndində baş vermiş iğtişaşlarda, habelə Koy-Taşda qanunsuz torpaq sahələri əldə etməkdə ittiham olunub.
Prokurorluq təqsirləndirilən şəxslərə aşağıdakı cəzaların verilməsini istəyib: Almazbek Atambayev və Kanat Sağımbayevə 11 il həbs; Rəvşən Jeenbekov, Fərid Niyazov və Fərhad Baabiyevin hər biri 10 il; Asel Koduranova, İrina Karamuşkina və Kunduz Joldubaeva üçün müddətsiz sınaq müddəti.
Çərşənbə axşamı, iyunun 3-də Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, həmçinin Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.

Sabiq prezident də əmlakı müsadirə olunmağa və bütün dövlət mükafatlarından məhrum edilib.
İş üzrə digər müttəhimlər isə 7 ildən 15 ilə qədər həbs cəzası alıblar. Asel Koduranova 3 il, Kunduz Zholdubayev və Meerbek Miskenbaev 5 il müddətinə şərti nəzarətə götürülüblər.

Xatırladaq ki, 2020-ci ilin yayında Atambayev əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib, lakin üç ildən sonra qərar ləğv edilib və iş yeni məhkəmə baxışına göndərilib.
Bundan başqa, eks-prezidentin səhhətinin kəskin şəkildə pisləşməsi fonunda o, koloniyadan buraxılıb və müalicə üçün xaricə getməyə icazə verilib. O, hazırda xaricdədir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025