Mobil versiya
"Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
Tarix: 03-06-2025 | Saat: 18:29
Bölmə:Ölkə | çapa göndər

"Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Mega Palace", "Bəyaz Saray", “Fəridə” şadlıq saraylarından, "İmperator", "Kənd Qəbələ", "Niaqara", "Qədim Bərdə”, "Çinaraltı Kabab", "Qoca Çinar" və "Lüks Dönər" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

aia.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025