Mobil versiya
"İrəvan hökuməti sözdən əmələ keçmir" - Nəsib Məhəməliyev
Tarix: 03-06-2025 | Saat: 18:34
Bölmə:Siyasət | çapa göndər

"İrəvan hökuməti sözdən əmələ keçmir"

Paşinyan düşünür ki, sazişin imzalanması hakimiyyətinin itirilməsi ilə nəticələnə bilər"

"Ona görə də daxili proseslərə fokuslanmaqla diqqəti yayındırır"

"Son zamanlar Nikol Paşinyan və Ermənistan siyasi hakimiyyətinin rəhbərliyində təmsil olunan Ararat Mirzoyan, Alen Simonyan kimi şəxslər, sülh müqaviləsinin imzalanmasına hazır olduqlarına dair bəyanatlar səsləndirirlər. Reallıq isə, ondan ibarətdir ki, sözdən əmələ keçid baş vermir".

Bu barədə mətbuata açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın irəli sürdüyü iki şərt - Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun buraxılması istiqamətində Ermənistan hökuməti tərəfindən heç bir addım atılmayıb:

"Nikol Paşinyan başa düşür ki, həmin iki şərt yerinə yetirilməsə, sülh müqaviləsi imzalanmayacaq. Ona görə də, yaranmış vəziyyətdən yararlanaraq, Ermənistanın "sülhpərvər" obrazını formalaşdırmağa çalışır. Digər bir məsələ isə erməni cəmiyyətində baş verən proseslərlə bağlıdır. Hakimiyyətlə kilsə və diaspora arasında gərginlik demək olar ki, pik həddinə çatıb. Paşinyan açıq şəkildə kilsəni dövlətə xəyanətdə günahlandırır. Robert Koçaryan Moskvadan qayıtdıqdan sonra fəallaşıb. Serj Sarkisyanla hakimiyyətə qarşı birgə mübarizə barədə razılıq əldə olunub".

Parlamentari qeyd edib ki, revanşistlərdən fərqli olaraq, Paşinyan real sülhün əldə olunmasında maraqlı görünür:
"Lakin, düşünür ki, sülh müqaviləsinin imzalanması onun hakimiyyətinin itirilməsi ilə nəticələnə bilər. Ona görə də, Paşinyan daxili proseslərə fokuslanmaqla diqqəti əsas məsələlərdən yayındırmaq məqsədi güdür. Əgər, real, konkret addımlar atmasa, uduzan tərəf özü olacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025