Azər Məmmədov: “Cənab Prezidentin yaşadığımız torpaqlara olan haqqımız barədə fikirləri hər birimizdə sonsuz qürur hissi doğurur”
Tarix: 30-03-2025 | Saat: 20:51
Bölmə:Özəl | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram günlərində azad olunmuş şəhər, qəsəbə və kədlərimizdə yenidən məskunlaşan vətəndaşlarla görüşmək ənənəsini bu il də davam etdirdilər. Martın 18-də Ağdərəyə səfər edən dövlət başçısı və birinci xanım rayonun Həsənriz və Suqovuşan kəndlərində sakinlərlə görüşüblər. Hər zaman olduğu kimi, Ölkə Prezidentinin bu səfəri də sakinlər arasında xüsusilə böyük ruh yüksəkliyinə səbəb olub. Cənab Prezident İlham Əliyevin ilk növbədə fərdi evlərin tikilişi və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, hər bir halda insan amilinin, azad edilmiş ərazilərdə yaşayacaq insanların rifahının ən önəmli məsələ kimi xüsusi diqqət mərkəzində saxlandığını bir daha nümayiş etdirir. Bunu da qeyd edək ki, möhtərəm Prezidentimizin milli-mənəvi dəyərlərimiz, milli kimliyimiz və yaşadığımız torpaqlara olan haqqımız barədə mütəmadi olaraq təqdim etdiyi açıqlamalar hər bir Azərbaycan vətəndaşında sonsuz qürur hissi doğurur. Eynilə Həsənriz kənd sakinləri ilə görüşündə də dövlətimizin başçısı buranın qədim Azərbaycan kəndi olduğunu bir daha diqqətə çatdırdı və bildirdi ki, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə də Həsənriz kəndinin adı var. Ermənilər tamamilə qanunsuz olaraq bu kəndin də adını dəyişmişdilər. Lakin artıq Həsənrizin özü də, adı da düşməndən geri alınıb, tarixi haqq-ədalət öz yerini tapıb.”
Bu sözləri aia.az saytının baş redaktoru Azər Məmmədov deyib.
Fikirlərini davam etdirən baş redaktor bunu da bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib: “Vətən müharibəsindən sonra erməni separatçılarının istənilən bir konfiqurasiyada Azərbaycan torpaqlarında yenidən uzun müddətə qalmaları mümkün deyildi. Cənab Prezident İlham Əliyevin Həsənriz kəndinin sakinləri ilə görüşü zamanı etdiyi çıxışında qeyd olunduğu kimi, bu torpaqlarda məskunlaşdırılmış erməni əhalisinə də o zaman təklif edildi ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Maraqlıdır ki, bu gün də Xankəndi şəhərində əmin-amanlıq şəraitində və rifah içində yaşayan erməni əhalisi var. Bizim xalqımızın böyüklüyü də məhz bundadır. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayansalar da, heç kim Azərbaycana əsaslı irad tuta bilməmişdi. Çünki ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz torpaqlarında müharibə aparırdı. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da ölkəmizə qarşı siyasi və digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Bu gün isə, Azərbaycan xalqı özünün qədim və ən sevimli bayramı olan Novruzu azad ölkəmizin hər bir guşəsində, o cümlədən Ağdərənin Həsənriz və Suqovuşan kəndlərində də böyük coşqu ilə qarşılyır” – deyə, Azər Məmmədov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər