Mobil versiya
Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Tarix: 31-03-2025 | Saat: 18:16
Bölmə:Karusel / Ölkə | çapa göndər

Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur -

Martın 31-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16, Şərurda 15, Şabranda 14 m/s təşkil edir.

Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Aran rayonlarında 26, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-04-2025