Mobil versiya
Deputat Novruzəli Aslanov növbəti dəfə seçicilərlə görüşüb -Fotolar
Tarix: 31-03-2025 | Saat: 13:06
Bölmə:Manşet / Gündəm / Özəl | çapa göndər

Deputat Novruzəli Aslanov növbəti dəfə seçicilərlə görüşüb

Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı rayonunda vətəndaşlarla keçirdiyi ənənəvi görüşlərini davam etdirir.

aia.az xəbər verir ki, növbəti belə görüş 31 mart tarixində rayonun Cülyan kəndində keçirilib. Deputat Novruzəli Aslanov görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib. Kənd sakinlərini daha çox narahat edən məsələ elektrik təchizatında yaranan problemlərlə bağlı olub. Deputat bu məsələnin xüsusi nəzarətə götürüləcəyini və onun həlli üçün lazım olan tədbirlərin görüləcəyini qeyd edib.

Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən kənd sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-04-2025