Prezident İlham Əliyevin Həsənriz və Suqovuşan kəndlərindəki çıxışı tarixi əhəmiyyət daşıyır
Tarix: 26-03-2025 | Saat: 10:43
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın müstəqillik mübarizəsi, tarixi torpaqlarını işğaldan azad etməsi və müharibə sonrası əldə etdiyi qələbə ruhlu uğurlar xalqın gücünü və dövlətin apardığı güclü siyasətin göstəricisidir. 2025-ci ilin martın 18-də Ağdərə rayonunun Həsənriz kəndindəki Novruz tonqalını alovlandıran Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, bu bayram günündə Azərbaycanın qazandığı qələbələri təbrik edərək, ölkə üçün vacib olan bütün mövzuları gündəmə gətirmişlər. Prezidentin çıxışı, Azərbaycanın müharibə sonrası hərtərəfli inkişafını və dövlət quruculuğu prosesinin necə aparıldığını bir daha diqqətə çatdırır. Cənab İlham Əliyev, Azərbaycanın İkinci Qarabağ müharibəsi dövründəki strateji addımlarını və xalqın mübarizəsini tərənnüm edərək deyib: " Biz tarixi ədaləti bərpa etməli idik, beynəlxalq hüququ bərpa etməli idik və öz haqqımızı bərpa etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır. Həm də İkinci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Haqq-ədalət bizim tərəfimizdədir. Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. Bu gün Həsənrizdə İlaxır çərşənbə günündə görüşürük. Sizi, Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir, bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük məmnuniyyət doğurur”. Cənab Preziden onu da bildirdi ki, “biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq" Bu təklif, Azərbaycanın humanist yanaşmasını və sülhə yönələn siyasətini bir daha nümayiş etdirir. O, həmçinin, Ermənistanın tərəfdarlarının qarşısında da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini və ədalət uğrunda mübarizəsini vurğulamışdır. Prezident İlham Əliyev, Azərbaycanın güclü ordusunun və dövlətin inkişafı ilə bağlı etdiyi mühüm işləri də açıqlayıb: "Uzun bir proses idi. İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir," – deyə bildirib. Bu sözlər, Azərbaycanın yalnız hərbi gücü ilə deyil, həm də iqtisadi və siyasi gücü ilə dünyanın ən müstəqil və dinamik ölkələrindən biri olduğunu göstərir. Güclü dövlət quruculuğu, Azərbaycanın iqtisadi və sosial inkişafının təməlini qoymuş və bu inkişaf, həm də ölkənin müstəqilliyini qorumağa yönəldilmişdir. Ağdərə rayonunun Suqovuşan kəndindəki yaşayış kompleksinin istifadəyə verilməsi və köçkünlərin bu evlərə yerləşdirilməsi, Azərbaycanın müharibə nəticəsində qazandığı sosial rifah və infrastruktur sahəsindəki inkişafı təcəssüm etdirir. Prezident İlham Əliyev, " Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər. Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycanın tarixi qələbələrinin yalnız hərbi sahədəki uğurlarla kifayətlənməmiş, həm də diplomatik və sosial sahələrdəki müvəffəqiyyətlərlə bağlıdır. Cənab Prezidentin çıxışı, Azərbaycanın xalqının mübarizəsini, iradəsini və haqlı olduğunu bir daha sübut edir. "Biz haqlı olan tərəfik," – deyə İlham Əliyev qeyd edərək, Azərbaycanın milli birlik və ərazi bütövlüyü mövzusunda böyük qələbəyə imza atdığını ifadə etmişdir. Bu iki kənddəki tədbirlər və Prezidentin çıxışları, Azərbaycanın gələcəyini daha da parlaq edən güclü dövlətin və müstəqil xalqın simvoludur. Azərbaycanın tarixi qələbəsi, yalnız dövlətin deyil, bütün xalqın qələbəsidir. Bu qələbə, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda şərəfli mübarizənin nəticəsidir.
Səbuhi Əbilov
Bakı Dövlət Universitetinin tələbəsi, YAP Nəsimi rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-03-2025
28-03-2025