Novruzəli Aslanov: “1918-ci ilin mart-aprel qırğınları xüsusi amansızlığı ilə seçilir”
Tarix: 26-03-2025 | Saat: 10:24
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Ermənilərin son iki yüz il ərzində Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı kütləvi şəkildə həyata keçirdikləri və hər zaman iri miqyaslı qətliamlar və deportasiyalarla müşayiət olunan ağır cinayətlərdən biri də 1918-ci ildə törədilmiş mart soyqırımlarıdır. Bu dəhşətli qırğınlarda yalnız dini və milli mənsubiyyətinə görə qətlə yetirilən günahsız insanların sayı on minlərlə ölçülür. Həmin dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə bolşevik qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, öz torpaqlarından zor gücünə qovulmuşdular. Həmçinin soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qətlə yetirilmişdilər. Bütün bu hadisələrdə əlbəttə ki, “Daşnaksutyun” partiyasının iştirakı və hətta aparıcı rolu tamamilə danılmazdır. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Heç şübhəsiz 1918-ci ilin mart-aprel soyqırımları istər amansızlığına, istərsə də miqyasına görə dünya tarixində məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması tələb olunur.”
Bu sözləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və bu xüsusda əsl həqiqətlərin dünyaya təqdim olunması işinə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin sonlarında start verilmişdir: “Azərbaycanın bu günə qədər üzləşməli olduğu bütün digər tarixi haqsızlıqlar kimi, 31 Mart soyqırımı faciəsinin araşdırılması və bu hadisəyə dair əsl həqiqətlərin dünyaya çatdırılmasına da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi elan edildi. Bunu da qeyd edək ki, həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ümummilli Lider tərəfindən təsdiq edilən 30 mart 1999-cu il tarixli tədbirlər planı da müstəsna tarixi əhəmiyyət kəsb edən sənəddir. Fərmanın imzalanması ilə bu istiqamətdə aparılan tədqiqatlar yeni təkan aldı, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu.”
Sonda millət vəkili bu gün bütün şəhidlərimizin ruhlarının şad, xalqımızın isə alnının açıq olduğunu qeyd edib: “2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı ədalətli Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı Ordusu düşməndən bütün şəhidlərimizin qisasını döyüş meydanında aldı. Ötən ilin sentyabr ayında keçirilmiş 1 günlük antiterror əməliyyatı Qarabağda separatizmin məhv edilməsi ilə nəticələndi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ali Baş Komandan Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə müqəddəs bayrağımızı dalğalandırmaqla bütün xalqa növbəti dəfə qürur hissi yaşatdığı kimi, şəhidlərimizin və soyqırımı qurbanlarımızın da ruhlarını şad etdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-03-2025
28-03-2025