Mobil versiya
Qırğızıstandan Azərbaycana 3 milyon dollardan çox vəsait daxil olub
Tarix: 26-03-2025 | Saat: 10:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Qırğızıstandan Azərbaycana 3 milyon dollardan çox vəsait daxil olub

Ötən il Qırğızıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib.

aia.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 428 min ABŞ dolları və ya 11,9% azdır.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Qırğızıstanın payı 0,3% təşkil edib.

2023-cü ildə Qırğızıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,6 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə