Mobil versiya
Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik
Tarix: 26-03-2025 | Saat: 09:51
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan:

"Qardaşla qardaşın arasını vurmaq üçün oyun oynadılar. Ünvan kimi küçəni göstərdilər".

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə iftarda ölkədəki son proseslərdən danışarkən bildirib.

“Gərginliyi artırdılar, gənclər arasında nifrət toxumu səpdilər. Gənclərimizi bir-birinə qarşı qoydular”, - o qeyd edib.

Ərdoğan, həmçinin gənclərə səslənib: “Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik, çox-çox diqqətli olun. Bu ölkə küçələrdə qurulmayıb. Küçələrdə terror törədənlərin getməyə yerləri yoxdur. Onların getdiyi yol dalana dirənir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə