Mobil versiya
Salah "Əl-Hilal"a keçəcək, ya yox?
Tarix: 26-03-2025 | Saat: 09:50
Bölmə:İdman | çapa göndər

Salah "Əl-Hilal"a keçəcək, ya yox?

"Liverpul"un hücumçusu Məhəmməd Salah qarşıdan gələn yay "Əl-Hilal"a (Səudiyyə Ərəbistanı) keçməyəcək.

aia.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

32 yaşlı futbolçunun transferinin baş tutmamasının bir neçə səbəbi var. Əvvəla, Səudiyyə Ərəbistanı təmsilçisində bu işə bədbinlik var. Əvvəldən keçidin arxasında duran əsas müzakirəçilər hazırda yeni və ya aktiv danışıqlarla məşğul deyillər. Digər məsələ isə budur ki, “Liverpul” rəhbərliyi Salahı sağlaya biləcəklərinə inanır.

Xatırladaq ki, bu ilin əvvəlində insayderlər "Əl-Hilal"ın Məhəmməd Salah üçün böyük təklif hazırladığı və futbolçunun transferə müsbət yanaşdığı haqda xəbərlər yaymışdılar.

Salah cari mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 32 qol vurub və 22 məhsuldar ötürmə verib./Qol.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə