“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir
Tarix: 26-03-2025 | Saat: 09:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzza zolağında müharibəyə tez son qoymağa çağırıb.
aia.az Qətərin “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bunu qruplaşmanın siyasi bürosunun üzvü Husam Badran deyib.
“HƏMAS” sözçüsü bildirib ki, hərəkat müharibəni və qan tökülməsini dayandırmağa çalışır, lakin İsrail atəşkəs razılaşmasına əməl etmir və bunun əvəzinə təcavüzünü davam etdirir.
ABŞ-yi tənqid edən Husam Badran əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu danışıqlardan imtina edir: “Amerika tərəfi vasitəçi deyil, yalnız İsrailin siyasətini dəstəkləyir”.
Eyni zamanda Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın rəhbərlik etdiyi “FƏTH” hərəkatı radikal “HƏMAS” qruplaşmasını Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb. Bu barədə hərəkatın Qəzza zolağı üzrə sözçüsü Munter Hayek bildirib.
Hayek vurğulayıb ki, “HƏMAS”ın mövcudluğu Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsi üçün təhlükəli hala düşüb və hərəkat öz mövqeyini yenidən nəzərdən keçirməli və Qəzza zolağında eşidilən bütün səsləri dinləməlidir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-03-2025
28-03-2025