Mobil versiya
Fransa kanalı Ermənistanı xəritədən sildi
Tarix: 26-03-2025 | Saat: 09:01
Bölmə:Manşet / Dünya | çapa göndər

Fransa kanalı Ermənistanı xəritədən sildi

Fransanın "Arte France" telekanalının "28 dəqiqə" verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.

aia.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb.

"Mən qətiyyən inanmıram ki, bu, "Arte France"da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu..." - Buisson yazıb.

Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni "günahkar" çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər./axar.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə