Mobil versiya
MDB PA Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib -Foto
Tarix: 06-03-2025 | Saat: 15:25
Bölmə:Parlament | çapa göndər

MDB PA Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib

Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə MDB PA–da Milli Məclisin nümayəndə heyətinin üzvləri- MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvü Fariz İsmayılzadə iştirak ediblər.

İclasda “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzv dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi sisteminin normativ-hüquqi tənzimlənməsi” və digər qanun layihələri ətrafında müzakirələr aparılıb.

Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025