YAP Mingəçevir şəhər ərazi təşkilatında yığıncaq keçirilib -Fotolar
Tarix: 06-03-2025 | Saat: 15:19
Bölmə:Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər Təşkilatının Səhiyyə şöbəsi üzrə 3 saylı ərazi təşkilatında ərazi təşkilatının fəaliyyəti, partiya daxili işin vəziyyəti və s. məsələlər ilə bağlı yığıncaq keçirildi.
aia.az xəbər verir ki, yığıncaqda iştirak edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək, memarı ulu öndər Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ümummilli liderin misilsiz xidmətlərindən, dövlətimizin tarixi inkişafından, müstəqil Azərbaycanın qazandığı uğurlardan söhbət açıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində dünyanın ən nüfuzlu siyasətçilərindən və dövlət rəhbərlərindən sayılan Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və həyata keçirdiyi uzaqgörən siyasət ilə daha da güclənib. Bu gün xalqımız cənab İlham Əliyevin simasında görkəmli dövlət xadimi Heydər Əliyevin başladığı nəhəng işlərin sədaqətli davamçısını, XXI əsrdə Azərbaycanı yeni zirvələrə qaldıran qüdrətli liderini görür.
Tibb müəssisəsinin direktoru Ülfət Qurbanov və başqaları çıxış edərək, ölkə rəhbəri cənab İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi qayğısından, ölkə səhiyyəsində aparılan islahatlardan danışaraq, 3 saylı ərazi təşkilatının YAP şəhər təşkilatının ən böyük təşkilatlarından olmaqla, fəallarının daim öndə olduqlarını, şəhərin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərini, təşkilatın səmərəli fəaliyyət göstərdiyini, partiya sıralarına könüllülük prinsipi əsasında qəbulun keçirildiyini, təşkilati işlərin yüksək səviyyədə qurulduğunu, silsilə tədbirlərin həyata keçirildiyini önə çəkiblər.
Sonra partiya fəallarının yekdil rəyi ilə ərazi təşkilatının sədri Tibb müəssisəsinin direktoru Ülfət Qurbanov, Maliyyə şöbəsinin müdiri Vüsal Alşanov isə müavin seçiliblər.
Sonda B.Mustafayev şəhər təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələri vurğulamaqla, ərazi təşkilatının fəaliyyətinin genişləndirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər