Nizami Səfərov “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun iclasında onlayn formatda iştirak edib -Foto
Tarix: 06-03-2025 | Saat: 18:06
Bölmə:Parlament | çapa göndər

Martın 6-da Milli Məclisin deputatı Nizami Səfərov “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində yaradılmış Ekspertlər Şurasının iclasında onlayn formatda iştirak edib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasda neokolonializm təzahürlərinin əsarətdən azad olmuş dövlətlərin sosial-iqtisadi inkişafına neqativ təsirləri və onlarla mübarizə mövzusunda müzakirələr aparılıb.
Onlayn iclasda çıxış edən Nizami Səfərov bildirib ki, müasir şəraitdə kolonializm sisteminin süqutundan yarım əsrdən çox vaxt keçsə də, qlobal beynəlxalq gündəmdə iqtisadi bərabərsizlik və post-müstəmləkə dövlətlərinin azad sosial-iqtisadi inkişaf hüquqlarının məhdudlaşdırılması ilə mübarizə problemləri mühüm yeri tutur. Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə dövlətlər yeni çağırışlarla və təhdidlərlə mübarizədə səylərini birləşdirməlidirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər