Mobil versiya
Qadın gülərsə, bu issız mühitimiz güləcək...
Tarix: 06-03-2025 | Saat: 15:46
Bölmə:Siyasət | çapa göndər

Qadın gülərsə, bu issız mühitimiz güləcək...

Azərbycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra cəmiyyətdə qadınların ictimai hə­ya­­tın bütün sahələrində fəaliyyətləri genişləndi. Keçmiş SSRİ-nin tərkibində olan dövrlərdə Azər­bay­­can­da da qadınlar bu və ya digər vəzifəyə təyin olunurdu, ancaq bu təyinatlar siyasi mahiyyətli tə­yinatlar idi və kapitalizm dünyası qarşısında siyasi boygöstərmə missiyası kimi təzahür edirdi. İs­tənilən tədbirdə mütləq qadınların iştirak faizi, təmsilolunma faizi göstərilirdi ki, bu da əslində, “siyasi kölgə” effekti kimi anlaşılırdı.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu, yeni Konstitusiyası qəbul edildi. Qadın­la­rın ictimai həyatda təmsil olunması bacarıq, qabiliyyət, dövlətə sədaqət amilləri əsasında aparıldı. Hələ Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də qadınlar ictimai-siyasi həyatda fəal iş­ti­rak edirdilər. O dövrdə qadın ilk dəfə olaraq dövlət təsisatlarına cəlb olunmağa başlamışdı. Bu, cəmiy­yət­də təhsilin, siyasi fəallığın yüksəlişini təmin etmişdi. Azərbaycan Respublikası Azərbay­can Demokratik Respublikasının varisidir və o dövrdə əl­də edilən istər siyasi, istər elmi, istərsə də ideoloji nailiyyətlər daha mütərəqqi formalarda yeni yaşam qazandı. Müasir Azərbaycanda yaradı­lan dövlət təsisatları dövlətçiliyin möhkəmlən­di­ril­mə­sində siyasi dayaq kimi tarixləşdi. Xalq bu təsisatları dövlətçiliyin möhkəmləndirilməsinin sü­tun­ları bildi. Dövlət vətəndaşların mənəvi dün­yas­ının da mühafizəkarı idi.

SSRİ dönəmində qeyd edilən bayramlar dövlət müstəqilliyi bərpa edildikdən sonra daha həs­saslıqla, milli mentalitetə əsas­lanmaqla, dünyəvi mədəniyyətlərdən mütərəqqi məqamları mənim­sə­məklə yeni məzmun kəsb edir. Belə bayramlardan biri də 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd olunmasıdır. Bu bayram SSRİ dönəmində də qeyd olunurdu. İndi böyük ehtiramlarla, qadın adına, Ana adına böyük mə­həb­­bətlə qeyd olunur. Qadın siyasi xadimdir, qadın həkimdir, qadın müəllimdir, qadın mü­hən­disdir, qadın alimdir, qadın musiqişünasdır, ... bütün bunları ümumiləş­dirən böyük vətəndaşdır qadın. Qadın vətəndaş adını bö­yük məsuliyyətlə, dövlətə, dölətçiliyə böyük sədaqətlə yaşadır, işləyir, üzərinə düşən vəzifə borclarını yerinə yetirir.

Ana adına sevgiyə görə Vətənə Ana Vətən deyirik!

Müstəqilliyimiz, suverenliymiz uğrunda mübarizə aparan oğullara ilk xeyir-duanı da Analar vermişdi. Rus imperiyasının göndərdiyi qoşunun qarşısına oğullarla bir sırada qadınlar da çıx­mışdı...

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb olan­da Analar Vətəni tanıtdıqları, sevdirdikləri oğullarını döyüşlərə uğurladı. “Get döyüş. Vətən olmayandan sonra sən nəyə lazımsan, mən nəyə lazımam...”, demişdi...

Azərbaycan Respublikasının son on illərdə siyasi və ictimai həyatı da təsdiqləyir ki, cəmiy­yə­­tin qadınlara böyük ehtiramı vardır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın siyasi fəaliyyəti Azərbay­can mühitində qadınların rolu haqqında böyük qürurla danışmağa zəmanət hesab edilməlidir. Bu Fond cəmiyyətdə çox böyük işlər görmüşdür ki, bu da dövlətə, dövlətçiliyə böyük sədaqət demək­dir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasi fəaliyyəti təsdiqləyir ki, Azərbaycan cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha nurlu sabahlara çatacaqdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra Mehriban xanım da işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ilə tanış olur, vacib infrastrukturların özülünün qoyulma­sında yaxından iştirak edir. Azərbaycan vətəndaşları bunu dövlətə sədaqət, dövlətə sevgi kimi dəyərləndirirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyaları, Azərbaycan mədəniyyətinin dünyada tanıdıl­ması cəfakeşidir. Azərbaycanın mədəni və humanist diplomatiyasını uğurla davam etdirir.

Azərbaycanda elm və təhsil, səhiyyə və mədəniyyət və s. sahələrdə qazanılan uğurlarda qa­dın­ların fəaliyyəti danılmazdır. Qadınlarımızın vətəndaş cəmiyyəti quruculuğu istiqamətində nailiyyətləri də tarixi gerçəkliklərdəndir.

Yüzlərlə qadın müharibə iştirakçısıdır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə müxtəlif ordenlərə, medallara layiq görülüb.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdik­lərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir;

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan naminə fəaliyyəti də bəşəri fəaliyyətdir. Bu fəaliyyət Azərbaycan gerçəkliklərinin dünya dövlətlərinə çatdırılmasına, Xocalı həqiqətlərinin tanıdılmasına xidmət edir.

Sağlam mühitin, sağlam ailənin təminatı olan qadınların cəmiyyətdəki müstəsna əhəmiyyətini tərənnüm edən dahi Hüseyn Cavidin bir beyti yadıma düşür:

Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Bütün anaları, qadınları, qızları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hamısına can saglığı, uzun ömür arzulayıram.

Səbinə Xasayeva,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025