Abşeron Rayon İcra Hakimiyyəti qanunsuz tikinti işlərinin qarşısını aldı -Fotolar
Tarix: 06-03-2025 | Saat: 18:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan qanunsuz tikinti işlərinə qarşı mübarizə tədbirləri həyata keçirilib.
aia.az xəbər verir ki, RİH əməkdaşları tərəfindən rayon ərazisində monitorinq keçirilərkən Saray, Masazır kəndlərində, o cümlədən Xırdalan şəhərində qanunvericiliyin tələblərinə uyğun olayan inşa işlərinin həyata keçirildiyi aşkarlanmışdır. Belə ki, Saray və Masazır kəndlərində qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aşkarlanmışdır. İnşa işləri dayandırılmış və sökülmüşdür.
Eyni zamanda Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllədə yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qanunsuz olaraq qazıntı işlərinin aparılmasının qarşısı Abşeron RİH əməkdaşları tərəfindən alınmışdır. RİH-in əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, binanın qeyri-yaşayış sahəsinin qarşısında vətəndaş tərəfindən heç bir icazəverici sənədlər əldə olunmadan gecə saatlarında binanın zirzəmi hissəsində qanunvericiliyin tələblərini pozmaqla ərazidə qazıntı işləri aparılmışdır. Bununla bağlı RİH əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülmüş, aparılan qeyri-qanuni fəaliyyət dayandırlmış, o cümlədən ərazinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülməkdədir. Görülmüş tədbirlər nəticəsində qazılmış hissə torpaq örtüyü ilə örtülmüş və əlavə bərkitmə işləri həyata keçiririlir.
Üstəlik sözügedən əraziyə nəzarət tədbirləri gücləndirilmiş və bu kimi hallara yenidən yol verilməməsi üçün xüsusi tapşırıqlar verilmişdir.
Əlavə olaraq qeyd edirik ki, qanunsuzluğa yol vermiş şəxs barəsində inzibati tədbirlərin görülməsi məqsədilə tərəfimizdən hüquq-mühafizə orqanlarına da müraciət olunmuşdur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-03-2025
17:40 Aİ Almaniyanı CƏRİMƏLƏDİ