Ana Sayfa > Parlament > MDB PA Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib

MDB PA Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib


Bu gün, 15:25. Yazar: sevinc1
MDB PA Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib

Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbirdə MDB PA–da Milli Məclisin nümayəndə heyətinin üzvləri- MDB PA-nın elm və təhsil üzrə daimi komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvü Fariz İsmayılzadə iştirak ediblər.

İclasda “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzv dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi sisteminin normativ-hüquqi tənzimlənməsi” və digər qanun layihələri ətrafında müzakirələr aparılıb.

Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib.

Geri dön