Amerikalıların yarıdan çoxu USAID-i korrupsiyada ittiham edib
Tarix: 17-02-2025 | Saat: 18:25
Bölmə:Özəl | çapa göndər

“Public First” konsaltinq şirkəti tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, ABŞ vətəndaşlarının 60%-i beynəlxalq inkişaf agentliyi USAID-i “korrupsiya bataqlığında” hesab edir. Bu barədə Financial Times xəbər verir.Sorğunun nəticələrinə görə, bir çox amerikalılar hesab edir ki, ABŞ-ın digər ölkələrə yardımı USAID-dəki korrupsiyaya görə alıcılara çatmır. Bundan əlavə, sorğuda iştirak edən amerikalı seçicilər beynəlxalq yardım xərclərinə ümumiyyətlə şübhə ilə yanaşırlar.
Respondentlərin yalnız 12%-i USAID-i dəstəkləyib. Respondentlərin sayı, hədəf qrupu və tədqiqatın statistik səhvi göstərilməyib.
“Amerikalı seçicilərin əksəriyyəti hesab edir ki, ABŞ-ın xarici yardımlarının böyük əksəriyyəti heç vaxt ehtiyacı olan insanlara çatmır. <...> Respondentlərin demək olar ki, 60%-i humanitar məqsədlər üçün ayrılan vəsaitlərin korrupsiya və ya inzibati xərclərə sərf edildiyi ilə razılaşır”, - mənbə bildirib.Daha əvvəl Elon Mask demişdi ki, USAİD inklüzivliyin təşviqini maliyyələşdirərkən ABŞ “yoxsullaşıb”.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-02-2025
19-02-2025