Ana Sayfa > Özəl > Amerikalıların yarıdan çoxu USAID-i korrupsiyada ittiham edib
Amerikalıların yarıdan çoxu USAID-i korrupsiyada ittiham edib17-02-2025, 18:25. Yazar: sevinc1 |
![]() “Public First” konsaltinq şirkəti tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, ABŞ vətəndaşlarının 60%-i beynəlxalq inkişaf agentliyi USAID-i “korrupsiya bataqlığında” hesab edir. Bu barədə Financial Times xəbər verir.Sorğunun nəticələrinə görə, bir çox amerikalılar hesab edir ki, ABŞ-ın digər ölkələrə yardımı USAID-dəki korrupsiyaya görə alıcılara çatmır. Bundan əlavə, sorğuda iştirak edən amerikalı seçicilər beynəlxalq yardım xərclərinə ümumiyyətlə şübhə ilə yanaşırlar. Respondentlərin yalnız 12%-i USAID-i dəstəkləyib. Respondentlərin sayı, hədəf qrupu və tədqiqatın statistik səhvi göstərilməyib. “Amerikalı seçicilərin əksəriyyəti hesab edir ki, ABŞ-ın xarici yardımlarının böyük əksəriyyəti heç vaxt ehtiyacı olan insanlara çatmır. <...> Respondentlərin demək olar ki, 60%-i humanitar məqsədlər üçün ayrılan vəsaitlərin korrupsiya və ya inzibati xərclərə sərf edildiyi ilə razılaşır”, - mənbə bildirib.Daha əvvəl Elon Mask demişdi ki, USAİD inklüzivliyin təşviqini maliyyələşdirərkən ABŞ “yoxsullaşıb”. aia.az Tərcümə şöbəsi Geri dön |