Mobil versiya
Mediasiya Şurasının üzvləri UNEC nəzdində Sosial-İqtisadi Kollecdə olublar -Fotolar
Tarix: 19-02-2025 | Saat: 17:22
Bölmə:Özəl / Təhsil | çapa göndər

Mediasiya Şurasının üzvləri UNEC nəzdində Sosial-İqtisadi Kollecdə olublar

Fevralın 19-da Mediasiya Şurasının üzvləri, Bakı 20 saylı Mediasiya Təşkilatının direktoru Nicat İsmayilov və psixoloq , mediator Səltənət Həsənova UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Mediyasiya nədir?” mövzusunda təlim kecirmişlər.

aia.az xəbər verir ki, təlimdə Bakı 20 saylı Mediasiya Təşkilatının direktoru Nicat İsmayilov gənclərin gələcək həyatlarına hazırlanması üçün hər mövzuda təlim keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayaraq, tələbələrin “Mediasiya nədir?”, “Mediasiya münaqişənin həllinə necə kömək edir?”, “Kim mediator ola bilər?” və s. mövzularda suallarını cavablandırıb.

Psixoloq, mediator Səltənət Həsənova çıxışında bu sahədə öz bilik və bacarıqlarını tələbələrlə bölüşüb.
Kollecin direktoru Şəhriyar Laçınov təlimdə iştirak edən Mediasiya Şurasının üzvlərinə, bu şəraiti yaratdığı üçün İdarə Heyətinin sədri Nadir Adilova təşəkkür edərək bildirdi ki, hazırda tələbələrin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların sosialyönümlü inkişafı ən vacib vəzifəmizdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-02-2025