Mobil versiya
Trampın 500 milyard dollar tələbi qeyri-ciddidir - Zelenski
Tarix: 19-02-2025 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

Trampın 500 milyard dollar tələbi qeyri-ciddidir -

ABŞ Prezidenti Donald Trampın ölkəsinin Ukraynaya sərf etdiyi 500 milyard dollar vəsaiti geri qaytarması tələbi ciddi söhbət deyil.

aia.az xəbər verir ki, bunu Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Bu yardımla bağlı aydınlıq gətirmək lazımdır, bizim ABŞ ilə tamamilə fərqli rəqəmlərimiz var. Müharibə bizə 320 milyard dollara başa gəlib. 120 milyard dolları Ukrayna, 200 milyard dolları isə ABŞ və Aİ xərcləyib, bu, silah paketidir. Ümumilikdə ABŞ bizə bu gün üçün 67 milyard dollardan çox silah və 31,5 milyard dollar birbaşa büdcə yardımı edib. Lakin ABŞ-yə 500 milyard dollar qaytarmağımız barədə söhbət ciddi deyil", - o bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp Ukraynaya ABŞ hökuməti tərəfindən xərclənən bütün pulları geri qaytarmaq istəyə biləcəyini istisna etməyib. O qeyd edib ki, təxminən 500 milyard dollar məbləğində Ukraynanın nadir torpaq metalları şəklində ekvivalent almaq istərdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025