Mobil versiya
Tayvan elan etdi: Ətrafımızda 36 Çin hərbi təyyarəsi və 7 gəmi var!
Tarix: 19-02-2025 | Saat: 20:03
Bölmə:Özəl | çapa göndər

Tayvan elan etdi: Ətrafımızda 36 Çin hərbi təyyarəsi və 7 gəmi var!

Bildirilib ki, Tayvan adası ətrafında 36 Çin hərbi təyyarəsi və 7 gəmi aşkarlanıb.
Bu barədə Tayvan Müdafiə Nazirliyinin sosial media platformasındakı hesabında deyilir

Açıqlamada, adanın ətrafında Çin donanmasına aid 7 döyüş gəmisinin təsbit edildiyi də paylaşılıb və Tayvan ordusunun vəziyyəti izlədiyi və lazımi cavabı verdiyi qeyd edilib.

Digər tərəfdən, Nazirlik gün ərzində 20 təyyarə uçuşunun aşkar edildiyini, bunlardan 15-nin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən “orta xətt”dən kənara çıxdığını və ADİZ-in şimal, mərkəzi və cənub-qərb hissələrində uçuşlar həyata keçirdiyini bildirib.Çin-Tayvan mübahisəsi
Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.

Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.

Tayvan boğazını özünün ərazi suları hesab edən Çin digər ölkələrin bölgədə hərbi mövcudluğuna qarşıdır. Xarici donanmaların bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətləri ölkələr arasında gərginliyə səbəb olur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025