Mobil versiya
"Səfər quruculuq işlərinin yüksəlişini təmin edəcək" - DEPUTAT
Tarix: 20-02-2025 | Saat: 10:45
Bölmə:Siyasət | çapa göndər

"Səfər quruculuq işlərinin yüksəlişini təmin edəcək"

Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, tarixi Zəfər qazanıldı, Azərbaycanın əra­zi bütövlüyü tam bərpa olundu. Bu qələbə dünyanın nizamını dəyişdi. Azərbaycanın dünya dövlətləri arasında siyasi nüfuzu artdı, dünya dövlətləri Azərbaycanı dünyəvi dövlət kimi, Azər­baycan vətəndaşlarını vətənsevər, torpaqsevər, qətiyyətli vətəndaş kimi tanıdı. Azərbaycan Res­pub­li­ka­sının Prezidenti cənab İlham Əliyevin qətiyyətlə dediyi bir fikir – “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” hər bir azərbaycanlının qürurudur. Həyat fəlsəfəsinin ma­hiy­yətidir.

Azərbaycanın ərazisi tam bərpa olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə işğaldan azad edil­miş ərazilərimizdə quruculuq, bərpa işləri başladı. Həm də böyük vüsət aldı. Bu, Azərbaycanın dövlətçiliyinin, Azərbaycan dövlətinin qüdrəti kimi tarixləşəcək. Zən­gilanda. Qubadlıda, Cəbrayıl­da, Füzulidə, Xocalıda, Xankəndidə, ümumın işğldan azad edil­miş bütün ərazilərdə möhtəşəm qu­ruculuq işləri uğurla davam etdirilir. İri miqyaslı quruculuq iş­lə­rinin açılışında dövlət başçımızın iştirakı, təməlqoyma mərasimlərində çıxışları, Vətən mühari­bə­sində xalqa müraciətlərində yaşadılan inamı quruculuq işlərində də eyni qətiyyətlə yaşadır. Xalq inanır ki, Azərbaycan quruculuq işlərində də böyük Zəfər qazanacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri təkcə qayı­dışın uzaqda olmadığını xatırlatmaqdır. Tikilən, qurulan yaşayış məntəqələrinə qayı­dan­la­rın se­vin­ci cəmiyyətin sevincidir və kəndlərində quruculuq işləri gedənlər əmindirlər ki, yaxın vaxtlar­da onlar da dövlətin qayğısı ilə yenidən qurulmuş kəndlərində abad mənzillərinə qayıdacaqlar.

Dövlət başçımızın regionlara səfərlərini dogma kəndlərinə qayıtma niyyətində olan köçkünlər daha həssaslıqla izləyirlər. Onlara elə gəlir ki, bu səfərlər quruculuq işlərinin dinamikasını yük­səl­dir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əli­ye­vanın Ağdama səfəri Azərbaycan ictimaiyyətinin böyük marağındadır, bu səfəri dogma yurda qa­yı­da­caq­ları günü gözləyənlər daha böyük həssaslıqla izlədi. Sevgi ilə, istəklərlə, ümidlə.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanımı Mehriban Əli­ye­vanın Ağdama səfəri quruculuq işlərinin nəzərdə tutulan vaxtda başa çatacağının zəma­nə­tidir.

Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Tədris-Təhsil Kompleksinin açılışında iştirak ediblər, Ağdam şəhərində inşa edilən Hilton Garden Inn otelinin tikinti işləri ilə tanış olub­lar. Azərbaycan Respublikasının Prezident İlham Əliyev Ağ­dam Regional Rəqəmsal İdarə­etmə Mərkəzini rəsmi istifadəyə verib.

Bunlar Ağdamın sabahlarına açılan quruculuq pəncərələridir. Bu pəncərələrdən Ağdam elə gözəl görünəcək ki! Sənaye müəssisələri onun iqtisadi inkişfını, otel bu tarixi şəhərə turist axını olacağını, Rəqəmsal İdarəetmə Mərkəzininin istifadəyə verilməsi Ağdamda intellekt inkişafının, for­malaşmasının işığıdır. Bu işıq Ağdamda tikinti-quruculuq işlərinin daha da sürətlə davam edə­cə­yinin işığıdır. Bu işıq Azərbaycanın sabahlarının işığıdır!..

Səfər zamanı dövlət başçımız və birinci vitse-prezident Ağdam Muğam Mərkəzinin tikinti iş­ləri və Ağdam Residence yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Dövlət başçımız Ağ­dam şəhərində inşa edilən 1267 mənzildən ibarət ikinci yaşayış kompleksinin tikinti işlərinə ba­xış keçirib.

Zamanında Ağdam Qarabağın ən böyük və ən qaynar rayonlarından biri olub. Quruculuq işlə­rin­dən sonra böyüklük də bərpa olunacaq, qaynarlıq da, sənayenin, iqtisadiyyatın, mədəniyyətin inkişafı da. Bu inam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xa­nım Mehriban Əliyevanın Ağdama səfərindən sonra daha dönməzliklə yaşanılır…

Səbinə Xasayeva,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025