Mobil versiya
Beykozda inanılmaz plan: Dəstə ilə sevgilisinə hücum etdi, 10 nəfər həbs olundu
Tarix: 19-02-2025 | Saat: 20:06
Bölmə:Özəl | çapa göndər

Beykozda inanılmaz plan: Dəstə ilə sevgilisinə hücum etdi, 10 nəfər həbs olundu
Beykozda bir qadın dəstə üzvləri ilə razılaşdıqdan sonra ayrıldığı sevgilisinə silahlı hücum edib. '25 milyon TL pul cəzası verdik, əks halda səni və ailəni öldürəcəyik' kimi təhdidlər edən 10 şübhəli həbs olundu.
Beykozda M.Ş (65) adlı iş adamı, ayrıldığı sevgilisi M.K. (30) razılaşdığı dəstə tərəfindən əvvəlcə təhdid edilib, sonra isə şantaj edilib. M.Ş-nin evinə basqın edən dəstə üzvləri iş adamından 25 milyon lirə tələb ediblər. M.Ş, "25 milyon TL pul cəzası verdik, yoxsa səni və ailəni öldürəcəyik" deyə təhdid edən şəxslər barəsində şikayət edib. Faktla bağlı işə başlayan polis qrupları şübhəlilərin ünvanlarında əməliyyat keçirib. Əməliyyat zamanı 14 şübhəli yaxalanaraq saxlanılıb. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən 4-ü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılarkən, aralarında M.K.-nın da olduğu 10 şübhəli həbs edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-02-2025