Mobil versiya
Azərbaycan dövləti öz güclü liderinin sayəsində özünü xarici müdaxilələrdən qorumağa nail olub.
Tarix: 13-02-2025 | Saat: 17:51
Bölmə:Özəl | çapa göndər

Azərbaycan dövləti öz güclü liderinin sayəsində özünü xarici müdaxilələrdən qorumağa nail olub.

Qədim tariximizə nəzər saldıqda bir daha şahidi oluruq ki , bir millət olaraq Azərbaycan xalqı həmişə öz ərazi bütövlüyünü , dövlətçiliyini yadelli işğalçılardan qorumaq üçün silaha sarılaraq savaş meydanlarına atılıb. Xalqımız öz mərd oğul, qızlarının canı,qanı bahasına dünya xəritəsindən silinmək təhlükəsinə sinə gərib. Rus imperiyasının zaman-zaman işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycan xalqı , öz əzəli torpaqlarını da rusların təzyiqi nəticəsində itirməyə məhkum edilib.Bunun ən acı nəticələrindən biri də rusların erməniləri digər ərazilərdən köçürərək qədim torpaqlarımızda məskunlaşdırmaları olub.Sülhsevər Azərbaycan dövləti daima Ermənistanın təcavüzkar siyasəti ilə üzləşib. Ermənilər xaricdə məskunlaşan güclü lobbilərindən hərtərəfli dəstək alaraq , əsrin sonlarında Qarabağ torpaqlarını işğal etdilər . Lakin 30 ilə yaxın bir müddət keçdikdən sonra Azərbaycan xalqı öz Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində əzəli torpaqlarını erməni işğalından azad etdi. Hələ də dövlətimiz xain xarici müdaxilələrlə təqib olunur. Ən əsası isə özünü Avropanın ən sivil dövlətlərindən sayan və Ermənistana daima dəstək verən Fransanın bizim haqq savaşımızda qalibiyyətimizi həzm etməməsidir. Artıq güclü liderə , güclü orduya malik olan Azərbaycan dövləti özünü Fransa kimi inkişaf etmiş dövlətlərdən qorumağa qadirdir.
Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində imperialist keçmişi olan ölkələrin hələ də başqa ölkələrin işlərinə müdaxilə etmək, dominantlıq etmək, diktə etmək istəkləri barədə danışması günümüz üçün olduqca aktual məsələdir. Bəli, əfsuslar olsun ki, bu gün də belə ölkələr var. Özlərini super güc, qlobal aktor hesab edən bu ölkələrin başında Fransa dayanır.
Fransanın yürütdüyü anormal, destruktiv siyasət dünyanın bir sıra bölgələrində olduğu kimi Cənubi Qafqazda da daim gərginliyin artmasına səbəb olub, qalıcı sülhün və sabitliyin bərqərar olmasını əngəlləyib. Emmanuel Makron kimi həddindən artıq iddialı və avantürist bir şəxsin rəhbərlik etdiyi Fransa bu gün də özünü kollektiv Avropanın (Avropa İttifaqının) lideri qismində apararaq ekspansionist, neokolonialist siyasətini davam etdirir. Əlbəttə, heç kim Fransaya belə bir hüquq verməyib. Beynəlxalq hüquq da Fransaya başqa ölkələrin işlərinə qarışmağa ixtiyar vermir. Sadəcə olaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması statusundan sui-istifadə edərək özü bu “hüquq”u mənimsəyib.
Dövlətimizin başçısının bu fikirlərini Makron Fransasına ünvanlanmış mesaj kimi də qiymətləndirmək olar. Fransa lideri öz ölkəsinin kolonialist, imperialist keçmişinə nəzər salmalı və ən yeni tarixdən ibrət dərsi almalıdır. Bu gün Fransa müstəmləkəçiliyi qoruyub saxlamağa çalışdığı hər yerdən qovulur. Fransanı hər yerdən biabırçı şəkildə qovurlar. Afrika qitəsində baş verən son proseslər də buna əyani misaldır. Makron Fransasına Cənubi Qafqazda da yer yoxdur. Bu kontekstdə ABŞ-a səfərindən məyus və əliboş geri dönən Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya ümid bəsləməsi absurddur.
Azərbaycan isə bütün kənar müdaxilələri neytrallaşdırmağa müvəffəq olan ölkələrdən biridir. Cənab Prezidentin sözügedən müsahibədə vurğuladığı kimi, biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Heç də hər bir ölkənin bunu etmək üçün potensialına malik olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev onu da qeyd edib ki, biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Dövlətimizin başçısı həmçinin bildirib ki, “iqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”. Bütün bunlar sözsüz ki, ölkəmizin uğurlu gələcəyi barədə nikbin düşünməyimizə əsas verir. Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmağımız isə iqtisadi gücümüzü daha da artırmaq üçün əlavə imkanlar yaradacaq.
Bəli , bütün bunlar onu deməyə əsas verir ki, regionun söz sahibi dövlətinə çevrilmiş Azərbaycan , Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək öz işıqlı gələcəyinə doğru mətin addımlarla addımlayır.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatınn sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-02-2025