Humanizmə və tərəfdaşlığa əsaslanan strategiya
Tarix: 13-02-2025 | Saat: 16:32
Bölmə:Siyasət | çapa göndər
![Humanizmə və tərəfdaşlığa əsaslanan strategiya](/uploads/posts/2025-02/img-20250212-wa0069-1.jpg)
2024-cü ildə Azərbaycan-Somali arasında diplomatik münasibətlərin 20 ili tamam olub. Son zamanlar isə iki ölkə arasında təmaslar artıb. Bir çox sahədə əməkdaşlığa dair vaxtaşırı görüşlər keçirilir.
Fevralın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, bir sıra mühüm sənədlərin imzalanması və hər iki ölkə başçısının mətbuata bəyanatla çıxış etməsi diqqətçəkən məqamlardan biridir.
Öncə qeyd edək ki, Afrika qitəsi dünya ölkələri üçün çox böyük maraq kəsb edir. Azərbaycan üçün də Afrika ölkələri, o cümlədən Somali maraqlıdır. Bu ölkə ilə iqtisadi-siyasi əlaqələrin qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın bir sıra sahələr üzrə planlaşdırılması ölkəmizin strateji hədəflərinə daxildir.
Ölkəmizin başçısının öz Bəyanatında məhz bu istiqamətə xüsusi diqqət yetirməsi onu göstərir ki, bu Afrika ölkəsi ilə münasibətlərə xüsusi önəm verilir. İmzalanmış sənədlərdən görünür ki, Somali ilə təhsil, müdafiə və müdafiə sənayesi, yaşıl enerji sahələrində əməkdaşlıq imkanları genişdir.
Ölkəmizin başçısı məhz bu sahələrdə əməkdaşlıq perspektivlərinin olduğunu qeyd edərək xüsusi vurğuladı ki, “Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək”.
Eyni zamanda beynəlxalq təsisatlarda tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, “Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.”
Yekun olaraq qeyd edək ki, bu Afrika ölkəsi ilə əmkdaşlıqda ölkəmizin humanitar, müdafiə, təhsil sahəsində Somaliyə qardaş əli uzatması, ona çoxsaylı problemlərin həllində yardım etmək istəyi diqqətdən qaçmır. Bu istək, bu əməkdaşlıq dövlət olaraq Azərbaycanın, onun rəhbərinin strateji xəttidir. Humanizmə və tərəfdaşlığa əsaslanan xəttdir.
İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-02-2025