Mobil versiya
Səfir: Türkiyədəki zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstək heç vaxt unudulmayacaq
Tarix: 13-02-2025 | Saat: 12:06
Bölmə:Gündəm / Manşet | çapa göndər

Səfir:

Türkiyədəki zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstək heç vaxt unudulmayacaq.

aia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

“Türkiyənin Azərbaycana təyin edilmiş səfiri kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərək etimadnaməmi təqdim etdim. Türkiyə və Azərbaycan qardaş ölkədir. Müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin məzarını ziyarət etməkdən, şəhidlərimizin xatirəsini yad etməkdən qürur duyuram”, - o əlavə edib.

Səfir qeyd edib ki, Türkiyədəki zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstək heç vaxt unudulmayacaq: “Missiyamız liderlərimizin baxışına layiq olmaqdan ibarətdir. Münasibətlərimizi daha da dərinləşdirməyə davam edəcəyik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-02-2025