Mobil versiya
"Bayden administrasiyası birtərəfli ermənipərəst mövqe tutdu" - Nəsib Məhəməliyev
Tarix: 13-02-2025 | Saat: 16:47
Bölmə:Siyasət | çapa göndər

"Bayden administrasiyası birtərəfli ermənipərəst mövqe tutdu"

"Prezident İlham Əliyevin Davos forumu çərçivəsində ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirir. Təkzibedilməz faktdır ki, Trampın birinci prezidentliyi dövründə dünyada hər hansı müharibə baş vermədi. Əgər seçkilərə kobud müdaxilə nəticəsində Bayden hakimiyyətə gətirilməsəydi, bu gün Rusiya-Ukrayna müharibəsi də baş verməzdi".

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə Trampın yenidən prezident seçilməsi Avropa İttifaqının rəhbərlərinin, Kanada və bir sıra dövlət başçılarının narahatlığına səbəb olması da anlaşılandı. Çünki onlar bütün imkanları ilə Baydenə dəstək verib, Tramp əleyhinə təxribat xarakterli təbliğat aparıblar:

"Tramp təbii ki, 4 il ərzində süni cinayət işlərini, məhkəmə çəkişmələrini, iki minə yaxın tərəfdarının qanunsuz həbsini unutmur. Konkret tədbirlər görür. Bir çox liderlərdən fərqli olaraq, cənab Prezident İlham Əliyev uzaqgörənliklə Trampın prezident seçiləcəyini bildirirdi. Liderləri digərlərindən fərqləndirən əsas cəhət də budur. Başqa bir məqam isə əvvəlki prezidentliyi dövründə Trampın dövlətlərin daxili işlərinə qarışmamasıdır. O, əsasən ABŞ-nin daxili işlərinə fokuslanmışdı. Bu da təbiidir".

"Azərbaycanın müstəqillik əldə etdikdən sonra, xüsusilə "Əsrin müqaviləsi"ni imzalama ərəfəsində ABŞ ilə münasibətləri yüksək səviyyədə olub. Demək olar ki, bütün administrasiyalarla əlaqələr normal olub. Lakin Bayden administrasiyası uzun illər ərzində formalaşmış sistemi məhv etdi. Birtərəfli ermənipərəst mövqe tutdu", - deyə deputat əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-02-2025