Mobil versiya
Kobaxidze: Bu qətnamə Gürcüstana qarşı növbəti hücumdur
Tarix: 13-02-2025 | Saat: 14:01
Bölmə:Dünya | çapa göndər

Kobaxidze:

Avropa Parlamentinin qətnaməsi Gürcüstan dövlətinə qarşı növbəti hücumdur və bizə eyni qüvvələr tərəfindən idarə olunan 9 illik ağır rejimi xatırladır.

aia.az xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərə açıqlamasında Avropa Parlamentinin qəbul etdiyi qətnamədən danışarkən deyib.

O, bunu Gürcüstan dövlətinə və medianın müstəqilliyinə qarşı növbəti hücum adlandırıb.

“Bu qətnamənin bizim üçün heç bir dəyəri yoxdur. Bu, artıq altıncı ədalətsiz sənəddir və Gürcüstan dövlətinə qarşı növbəti hücumdur”, – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, bu cür qərarlar Avropa bürokratiyasının nüfuzuna Gürcüstan cəmiyyətinin gözündə mənfi təsir göstərir.

“Bu, bizə 9 illik ağır rejimi xatırladır. O dövrdə ölkəni idarə edən qüvvələr bu gün Avropa Parlamentində belə qətnamələr qəbul etdirirlər. Bu, çox təəssüf doğuran hadisədir və Avropa bürokratiyasının nüfuzuna ciddi zərbə vurur”, – deyə o əlavə edib.

Kobaxidze ümid etdiyini bildirib ki, gələcəkdə Avropa İttifaqı və onun institutları daha sağlam siyasət yürüdəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-04-2025