Mobil versiya
Almaniya Xarici İşlər Nazirliyi Trampın Putinlə söhbətinə cavab verib
Tarix: 12-02-2025 | Saat: 22:26
Bölmə:Özəl | çapa göndər

Almaniya Xarici İşlər Nazirliyi Trampın Putinlə söhbətinə cavab verib

Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasında Rusiyanın da olması vacibdir. Belə ki, Almaniyanın xarici işlər naziri Annalena Barbok ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında bu yaxınlarda baş tutan telefon danışığına cavab verib, Reuters xəbər verir.“Avropanın Ukrayna ilə bağlı həmrəy olması vacibdir, o, danışıqlara hazır olmalıdır. Rusiyanın müzakirədə iştirakı da çox vacibdir”, - diplomat qeyd edib.

Burbokun sözlərinə görə, Qərb Putinlə Ukrayna böhranının həllini müzakirə etməyə başlamaq üçün “çoxdan bir addım atmalı idi”.
Bundan əvvəl Tramp Putinlə telefon danışığı apardığını bildirmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya lideri ilə söhbət “çox məhsuldar olub”. Bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Trampı Moskvaya səfərə dəvət edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025