Mobil versiya
Cənab Prezidentin müsahibəsində gələcək strateji hədəfləri göstərdi
Tarix: 12-02-2025 | Saat: 20:45
Bölmə:Siyasət | çapa göndər

Cənab Prezidentin müsahibəsində gələcək strateji hədəfləri göstərdi

Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə şərait yaratmışdır. Həyata keçirilən uğurlu siyasət və idarəçilik təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir.

Regionda və dünyada baş verən siyasi proseslərə çevik reaksiya,düzgün strateji xəttin müəyyən edilməsi son nəticədə ölkəmizin dayanıqlı inkişafına səbəb olmaqla yanaşı, həm də Azərbaycanın dünya siyasi müstəvisində özünəməxsus yerə sahib olması ilə şərtlənmişdir.

Yanvarın 20-də Davos İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində söylədiyi fikirlər bunu deməyə əsas verir. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

Müsahibədə jurnalistin suallarını cavablandıran dövlətimizin başçısı ilk öncə qeyd edib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub. BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirilən proses nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda dayanıqlı sülhün və sabitliyin qarantına çevrilmiş, 30 il ərzində ədalətin bərpasına ümid edən Azərbaycan xalqı işğalla bərabər beynəlxalq təşkilatların fəaliyyətsizliyinə özü son qoymuşdur. Ölkəmizin başçısı demişdir: “ Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.”

Bu nəticələrə aparan yol isə uzun və keşməkeşli olmuşdur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının düzgün həyata keçirilməsi nəticəsində ilk növbədə dayanıqlı inkişaf təmin edilmiş, güclü iqtisadiyyat və güclü ordu yaradılmışdır. Daha sonra isə beynəlxalq təşkilatlarda fəaliyyət gücləndirilmiş, haqq səsimiz dünya ictimaiyyətinə çatdırılmışdır. Dövlət olaraq Azərbaycan sübut etmişdir ki, milli maraqların ardıcıl müdafiəsi yalnız və yalnız cəmiyyətdə sabitlik və birlik olduğu halda mümkündür.

Ölkə başçısının müəyyən etdiyi hədəf də yadın idi. Hələ 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev ölkəmizin dünyanın iqtisadi və siyasi xəritəsində öz yerini tutmasına nail olmaq strategiyasına üstünlük verəcəyini elan etmiş və ölkəmizi addım-addım bu yolla indiki səviyyəyə gətirib çıxarmışdır.

Cənab Prezident qeyd etmişdir ki, “120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik.”
Jurnalistin məhz indi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün apardığı müzakirələrə dair sualını cavablandıran ölkə başçısı qeyd etmişdir ki, bu təşkilata üzv olmaq üçün ilk növbədə özünü təmin edən iqtisadiyyat olmalıdır. Hazırda Azərbaycan bu vəziyyətə nail olub və konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələməsi bunu biir daha sübut edir: “Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər.”
Dünyanın iqtisadi nəhənglərindən biri olan Çinlə münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlməsini çox böyük uğur kimi qiymətləndirən cənab Prezident bildirib ki, “Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.”
Cənab Prezident ölkəmizin coğrafi mövqeyinin, Cənubi Qafqaz və Xəzər regionunda vahid yönəlmiş fəaliyyətin mövcudluğu, Çin və Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən layihələr ölkəmizin inkişafında və iqtisadi cəhətdən möhkəmlənməsində mühüm rol oynayacaqdır. Ölkəmiz müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi və ölkə rəhbərliyinin uzaqgörən strategiyası bunu deməyə əsas verir. Bu mənada cənab Prezident İlham Əliyevin müsahibəsində gələcək strateji hədəfləri və onlara çatmaq yollarını göstərdi.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025