Ana Sayfa > Özəl > Almaniya Xarici İşlər Nazirliyi Trampın Putinlə söhbətinə cavab verib
Almaniya Xarici İşlər Nazirliyi Trampın Putinlə söhbətinə cavab veribDünən, 22:26. Yazar: sevinc1 |
![]() Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasında Rusiyanın da olması vacibdir. Belə ki, Almaniyanın xarici işlər naziri Annalena Barbok ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında bu yaxınlarda baş tutan telefon danışığına cavab verib, Reuters xəbər verir.“Avropanın Ukrayna ilə bağlı həmrəy olması vacibdir, o, danışıqlara hazır olmalıdır. Rusiyanın müzakirədə iştirakı da çox vacibdir”, - diplomat qeyd edib. Burbokun sözlərinə görə, Qərb Putinlə Ukrayna böhranının həllini müzakirə etməyə başlamaq üçün “çoxdan bir addım atmalı idi”. Bundan əvvəl Tramp Putinlə telefon danışığı apardığını bildirmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya lideri ilə söhbət “çox məhsuldar olub”. Bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Trampı Moskvaya səfərə dəvət edib. aia.az Tərcümə şöbəsi Geri dön |