Mobil versiya
YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi -Fotolar
Tarix: 12-02-2025 | Saat: 15:15
Bölmə:Ölkə | çapa göndər

YAP Qazax rayon təşkilatının  yeni ərazi partiya təşkilatı təsis edildi

12 fevral 2025 - ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni “AzRosPromİnvest” MMC ərazi partiya təşkilatının yaradılması ilə bağlı yığıncaq keçirildi.

Təsis yığıncağının əvvəlində Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yığıncağı açaraq, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, geniş və ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki, Ümummillli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi yer tutur. A.Nəbiyev ötən bir il ərzində suveren, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq keçirilən növbədənkənar Prezident, parlament və bələdiyyə seçkilərində partiyanınn qazandığı növbəti qələbələrdən də ətraflı danışdı. Bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanmaqla, günbəgün öz sıralarını vətənpərvər, sağlam, əqidəli təəssübkeşlər hesabına genişləndirməkdədir ki, bu da partiyamızın günü – gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir. Bu baxımdan yeni ərazi partiya təşkilatlarının yaradılması olduqca çox əhəmiyyətlidir.
Təsis yığıncağında “AzRosPromİnvest” MMC - nin Direktorlar Şurasının sədri Ələddin Sadıqov, əməkdaşlardan Yaşar Qurbanov və başqaları çıxış etdilər. Məlumat verrildi ki, müəssisədə çalışan işçilərın bir hissəsi Yeni Azərbaycan Partiyasının üzvüdürlər və onlar “AzRosPromİnvest” MMC ərazi partiya təşkilatının təsis edilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatına müraciət etmişlər. YAP Qazax rayon təşkilatının sədri də bu müraciətə öz müsbət münasibətini bildirərək, adı çəkilən ərazidə yeni ərazi partiya təşkilatının yaradılması ilə bağlı qərar qəbul etmişdir.
Təsis yığıncağında təşkilatı məsələyə də baxıldı, sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni ərazi partiya təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025