Mobil versiya
Zurabişvili Gürcüstanda etirazçıların cərimələrini ödəmək niyyətində olduğunu bildirib
Tarix: 12-02-2025 | Saat: 22:20
Bölmə:Özəl | çapa göndər

Zurabişvili Gürcüstanda etirazçıların cərimələrini ödəmək niyyətində olduğunu bildirib
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Gürcüstanda etirazçıların cərimələrini ödəmək niyyətində olduğunu açıqlayıb. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Zurabişvili deyib ki, o, qərbyönlü müxalifət tərəfdarlarının hökumət əleyhinə mitinqlər zamanı yolları bağladıqlarına görə 5000 lari (1800 dollar) məbləğində cərimələnən vətəndaşlara kömək etmək üçün xüsusi olaraq fond yaradacaq. Lakin o, bunu kimin maliyyələşdirəcəyini dəqiqləşdirməyib.Xatırladaq ki, Gürcüstanda 2024-cü ilin payızında keçirilən parlament seçkilərindən sonra hökumət əleyhinə mitinqlər başlayıb. Etirazların ilk dalğasını müxalifət və onların nəticələrini tanımaqdan imtina edən Zurabişvilinin özü təhrik edib.
Noyabrın sonunda mitinqlərin ikinci dalğasına Gürcüstanın baş naziri İrakli Kobaxidzenin və yeni hökumətin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dondurmaq və Aİ-dən hər hansı büdcə qrantlarından imtina etmək qərarı səbəb olub. Bu məsələ ilə bağlı etirazlar hələ də davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025