Mobil versiya
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib -Fotolar
Tarix: 12-02-2025 | Saat: 17:47
Bölmə:Parlament | çapa göndər

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib

Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Anar İsgəndərov iclası açaraq müzakirəyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) çıxarıldığını söyləyib. Komitə sədri sənəd haqqında məlumat vermək üçün Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.

Şöbə müdiri Adil Vəliyev bildirib ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən olunub. Müzakirəyə çıxarılan qanun layihəsi də həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət hesabına ödənilməsinin qanunvericilik əsaslarının müəyyən edilməsi üçün hazırlanıb. Belə ki, sənəddə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və növbəti üç tədris ili üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. O vurğulayıb ki, layihə sözügedən ərazilərdə peşə təhsilinin stimullaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edəcək.
Müzakirədə çıxış edən komitə sədri Anar İsgəndərov, komitə sədrinin müavini Fariz İsmayılzadə, üzvləri Bəxtiyar Əliyev, Pərvin Kərimzadə, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Elçin Mirzəbəyli, Mehriban Vəliyeva, Samir Vəliyev, Əziz Ələkbərov, Rəşad Mahmudov, Elnarə Akimova, Vasif Qafarov, Fatma Yıldırım, Tamam Cəfərova və Sevinc Fətəliyeva təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, layihə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlarımızın peşə təhsilinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin hüquqi mexanizminin formalaşdırılmasına və zəruri kadr potensialının yaradılmasına xidmət edir.

Deputatlar həmin ərazilərdə məskunlaşan şəxslərin, xüsusən də gənclərin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi, regionda dayanıqlı məşğulluğun təmin olunması kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Sonda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025