Mobil versiya
Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
Tarix: 12-02-2025 | Saat: 16:25
Bölmə:Ölkə | çapa göndər

Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Naxçıvanda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb.

aia.az xəbər verir ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Eyni zamanda nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025