Mobil versiya
İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alındı
Tarix: 21-01-2025 | Saat: 13:33
Bölmə:Ölkə | çapa göndər

İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

aia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025