Səttar Möhbalıyev: “Azərbaycan və Gürcüstan iki etibarlı tərəfdaş kimi çıxış edərək bir çox ölkələrin enerji təhlükəsizliyinə misilsiz töhfə verirlər”
Tarix: 21-01-2025 | Saat: 12:41
Bölmə:Manşet / Siyasət | çapa göndər
“Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Dost və qonşu ölkə olan Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk olaraq məhz Azərbaycana səfər etməsi də ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev yanvarın 17-də Gürcüstanın Baş naziri ilə mətbuata birgə bəyanatla etdiyi çıxışında “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbriklərini çatdıraraq, cənab Kobaxidzenin ilk xarici səfərə məhz Azərbaycana gəlməsini yüksək qiymətləndirdiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar və bu ənənələr bu gün də yaşayır.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Daha sonra deputat cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlığa dair təqdim olunan açıqlamaların əhəmiyyətini vurğulayıb: “Möhtərəm dövlət başçımız öz çıxışında tamamilə düzgün olaraq vueğuladı ki, energetika sahəsində Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Məlumdur ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları olaraq, onun reallaşdırılmasında da xüsusi rola malikdirlər. Bu gün Gürcüstan tranziti vasitəsilə Azərbaycan artıq 11 ölkəyə öz təbii qazını ixrac edir və bu, əlbəttə ki, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır. Müasir dünyada gedən geosiyasi proseslər isə, yaxın gələcəkdə bu tendensiyanın davam edəcəyini deməyə əsas verir. Möhtərəm dövlət başçımızın dediyi kimi, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bu tələbatı ödəmək üçün ölkəmizin həm resursları, həm də sərmayə qoymaq üçün maliyyə imkanları var. Həmçinin Azərbaycan Gürcüstan kimi etibarlı dost ölkələrlə qurduğu sağlam münasibətlər sayəsində geniş tranzit imkanlarına sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan və Gürcüstanın iki etibarlı tərəfdaş kimi çıxış etdikləri enerji layihələri bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstanın nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr də artıq regionun hüdudlarını aşaraq qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Qars dəmiryolu Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Ölkələrimiz Orta Dəhliz layihəsinin icrasında da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Cənab Prezidentin dediyi kimi, bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayırlar” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025