Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir
Tarix: 21-01-2025 | Saat: 12:47
Bölmə:Siyasət | çapa göndər
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycan və Gürcüstan taleyi bir-biri ilə sıx bağlı olan iki qonşu və dost ölkədir. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Cənab İrakli Kobaxidzenin seçkilərdən sonra Baş nazir kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək. Əvvəlcə onu qeyd edək ki, əvvəldə dediyim kimi Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xaraktet almışdır. Azərbaycan ilə Gürcüstanı təkcə tarixi əlaqələr birləşdirmir, hər iki dost ölkə bir-birilə Şərq-Qərb enerji dialoqunda mühüm elementlərə çevrilmiş strateji boru kəmərləri ilə də sıx bağlıdırlar. Ölkələrimizin iştirakı ilə strateji meqalayihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da aktuallaşır. Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında bu məqama xüsusi ilə toxunaraq bildirdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Azərbaycan Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyub. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Perspektivli istiqamət Azərbaycan və Gürcüstanın böyük potensiala malik olmasına əsaslanan bərpa olunan enerji sahəsində əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər. Cənab Prezident İlham Əliyevin dediyi kimi; “Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür”. Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub. Əminliklə qeyd etmək olar ki, Baş nazir İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki qardaş ölkə bundan sonra da əl-ələ verərək irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir. Onu da qeyd edim ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi Gürcüstanın nümayəndə heyətinin yanvarın 17-də Azərbaycana səfəri çərçivəsində hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib. Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar. Həmçinin, Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Səfər çərçivəsində Bakıda Gürcüstan səfirliyinin yeni binasının təməli qoyulub. Bunlar ondan xəbər verir ki, Azərbaycanla Gürcüstan arasında bütün sahələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025