Mobil versiya
İnam və etimadın növbəti nümunəsi -Fotolar
Tarix: 21-01-2025 | Saat: 15:55
Bölmə:Ölkə | çapa göndər

İnam və etimadın növbəti nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 21-də Qazax rayonunun Xanlıqlar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin Cəfərli və Xanlıqlar kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyə institutunun təsis edilməsində, bələdiyyələrin hüquqi bazasının formalaşdırılmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətlərindən və bu sahədə qəbul olunan qanunlardan, normativ hüquqi aktlardan geniş danışıb. Rayon təşkilatının sədri Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda uğurla irəliləyən Yeni Azərbaycan Partiyasının xalqımızın inam və etimadını qazanaraq günbəgün öz hədəflərinə nail olmasını, qarşıdan gələn bələdiyyə seçkilərinə də böyük ruh yüksəkliyi ilə qatıldığını qeyd edib və seçiciləri bu seçkilərdə yüksək fəallıq göstərməyə səsləyib.

Görüşlərdə çıxış edən Seçki Qərargahının üzvləri Müqabil Məmmədov, Polad Ağakişiyev, İsgəndər Qurbanov, Azər Məmmədov, Xasay Balayev,Vaqif Nəsibov, şair Cavanşir Rüstəm çıxış edərək ötən müddət ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihələrin həyata keçirildiyini, əhalinin məşğulluğunun təmin olunduğunu və yaşayış məntəqələrində sosial məsələlərin həllinə böyük önəm verildiyini vurğulayıblar.

Bələdiyyə üzvlüyünə namizədlərdən Mahmud Həməşəyev, Məmməd Məmmədov və başqaları çıxış edərək söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Görüşlərdə seçicilərdən Mehman Nəbiyev, Azər Mustafayev, Hüseyn Hacıyev, Eldar Şahvələdov çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini söyləyiblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025