Mobil versiya
Çin ABŞ-ın Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə etmək qərarını pisləyib
Tarix: 21-01-2025 | Saat: 13:32
Bölmə:Özəl | çapa göndər

Çin ABŞ-ın Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə etmək qərarını pisləyib

Çin ABŞ-ın yeni administrasiyasının Kubanı yenidən terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil etmək qərarını pisləyir və Vaşinqtonu ada dövlətinin iqtisadi blokadasını dərhal aradan qaldırmağa çağırır. Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib."Çin hər zaman ABŞ-ın azadlığı, demokratiyanı və terrorla mübarizəni qorumaq adı altında Kubanın daxili işlərinə qarışmasına qarşı çıxıb. Çin ABŞ-ı Kubanın hərtərəfli blokadasını tez bir zamanda ləğv etməyə və ada dövlətini siyahıdan çıxarmağa çağırır. Terrorizmi himayə edən dövlətlərdir”, - deyə Çin rəsmisi bildirib.
O, həmçinin vurğulayıb ki, Kubanın yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına salınması “faktlarla ziddiyyət təşkil edir, heç bir əsası yoxdur və Vaşinqtonun hegemon və aqressiv mahiyyətini tamamilə ifşa edir”. Quo Jiakunun sözlərinə görə, ada dövlətinin bu siyahıya əlavə edilməsi və çıxarılmasının uzunmüddətli təcrübəsi “ABŞ-ın bu birtərəfli məcburetmə mexanizminin etibarlı əsasının olmadığını təsdiqləyir”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025