Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Gürcütan arasında ali səviyyədə mövcud olan siyasi dialoq bütün nailiyyətlərin əsasını təşkil edir”
Tarix: 20-01-2025 | Saat: 19:48
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Bu gün Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri ən müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Birmənalı olaraq deyə bilərik ki, bu ilin yanvar ayının 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin öz ölkələrində keçirilmiş parlament seçkilərindən sonra ilk xarici səfər olaraq Azərbaycana gəlməsi də ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə mühüm töhfə verəcək. İlk növbədə qeyd etmək lazımdır ki, Gürcüstan Cənubi Qafqaz regionunda ənənəvi olaraq Azərbaycanın ən yaxın müttəfiqidir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar və bu gün də bu belədir. Azərbaycan-Gürcüstan münasibətlərinin məhz bu əsaslar üzərində qurulması həm ölkələrimiz üçün, həm də bütün Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr ölkələrimizi bir-birinə strateji cəhətdən bağlayır. Buna paralel olaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ölkələrimiz arasında siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda gedir və bu, münasibətlərə strateji xarakter verir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Daha sonra deputat cənab Prezident İlham Əliyevin yanvarın 17-də mətbuata bəyanatla etdiyi çıxışında səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq bunları deyib: “Məlumdur ki, bu gün Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Bu vacib məqam Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında da öz əksini açıq şəkildə tapmışdır. Cənab Prezident qeyd etmişdir ki, hazırda Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişaflarını təmin edirlər, eyni zamanda, region üçün və geniş mənada Avrasiya məkznı üçün də önəmli ölkələrə çevriliblər. Birgə həyata keçirilən infrastruktur layihələr, xüsusilə də nəqliyyat və enerji layihələri çox böyük coğrafiyada yerləşən müxtəlif ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı nəhəng layihələr həm ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir, həm də qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Bu gün həm Gürcüstanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi üzrə layihələrin paralel icrası həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün müstəsna əhəmiyyət kəsb edir. Birmənalı olaraq deyə bilərik ki, ölkələrimiz arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir” – deyə, millət vəkili fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər