Mobil versiya
Samir Şərifov: "Gələn il büdcədən keçmiş məcburi köçkünlərə 311 milyon manat ayrılacaq"
Tarix: 19-11-2024 | Saat: 11:33
Bölmə:İqtisadiyyat | çapa göndər

Samir Şərifov:

Azərbaycanda gələn il dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

aia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, bunun 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tututlan şəxslərin aylıq müavinələrinə, 31 milyon manatı isə komunal xidmətlərə yönəldiləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə