Konstitusiya – müstəqil dövlətçiliyimizin hüquqi sütunu
Tarix: 12-11-2026 | Saat: 09:41
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsas dayağı, milli inkişafımızın hüquqi istiqamətini müəyyənləşdirən fundamental sənəddir. Noyabrın 12-də qeyd etdiyimiz Konstitusiya Günü bu mühüm tarixi sənədin mahiyyətini, dövlətimizin keçdiyi inkişaf yolunu və qarşıya qoyduğu gələcək hədəfləri bir daha dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın konstitusiya tarixinin formalaşması mürəkkəb siyasi proseslər və tarixi sınaqlarla müşayiət olunub. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa ömrü ərzində milli dövlətçilik ənənələrinin əsasını qoysa da, özünün Əsas Qanununu qəbul etməyə imkan tapmadı. Sovet hakimiyyəti dövründə qəbul edilən konstitusiyalar isə Azərbaycanın müstəqil dövlət kimi suveren iradəsini ifadə etmirdi. Bununla belə, həmin dövrün dövlətçilik tarixində 1978-ci il Konstitusiyası ilə bağlı mühüm bir məqam xüsusi qeyd olunmalıdır. Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və prinsipial fəaliyyəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimliyimizin, dilimizin və mənəvi dəyərlərimizin qorunması baxımından tarixi əhəmiyyət daşıyırdı. Bu addım gələcək müstəqilliyimizin ideya və mənəvi əsaslarının möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi iradənin təzahürü idi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycanın qarşısında yeni Konstitusiyanın hazırlanması və müstəqil dövlətin hüquqi əsaslarının formalaşdırılması kimi mühüm vəzifələr qoydu. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki ciddi problemlər və ictimai-siyasi qeyri-sabitlik bu prosesin reallaşdırılmasını çətinləşdirdi. Dövlətçiliyimizin taleyinin sual altında qaldığı həmin mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə dövlət müstəqilliyinin qorunmasını, siyasi sabitliyin təmin edilməsini və idarəetmə sisteminin möhkəmləndirilməsini prioritet vəzifələr kimi müəyyənləşdirdi. Onun siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti müasir Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması üçün zəruri şərait formalaşdırdı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin inkişaf tarixində yeni mərhələnin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd xalqın dövlətçilik iradəsini, milli maraqlarını və demokratik inkişaf prinsiplərini özündə ehtiva edirdi. Referendumda iştirak edən seçicilərin 91,9 faizinin Konstitusiyanın qəbul edilməsini dəstəkləməsi Əsas Qanunun cəmiyyət tərəfindən geniş dəstək qazandığını nümayiş etdirdi. Noyabrın 27-də qüvvəyə minən Konstitusiya ölkədə hakimiyyət bölgüsü prinsipini təsbit etdi, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirdi, dövlət idarəçiliyinin demokratik prinsiplər əsasında qurulmasına möhkəm zəmin yaratdı.
Konstitusiyanın ən mühüm üstünlüklərindən biri insanı, onun hüquq və azadlıqlarını dövlət siyasətinin mərkəzinə yerləşdirməsidir. Əsas Qanunda irqindən, milliyyətindən, dinindən, dilindən və digər fərdi xüsusiyyətlərindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyi təsbit olunub. İnsan hüquq və azadlıqlarına, onların təminatlarına həsr edilən müddəalar dövlət orqanlarının fəaliyyətinə aydın hüquqi istiqamət verir, vətəndaşların azad, təhlükəsiz və layiqli həyatının təmin edilməsi üçün fundamental prinsiplər müəyyənləşdirir. Konstitusiya Məhkəməsinin 1998-ci ildə fəaliyyətə başlaması isə konstitusiya nəzarəti mexanizminin formalaşdırılması, qanunvericiliyin Əsas Qanuna uyğunluğunun təmin edilməsi baxımından mühüm institusional addım oldu.
Zaman keçdikcə ictimai münasibətlərin, dövlət idarəçiliyinin və siyasi-hüquqi proseslərin inkişafı Konstitusiyanın müddəalarının təkmilləşdirilməsini də zəruri etdi. 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə həyata keçirilən dəyişikliklər idarəetmə sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təminatlarının genişləndirilməsi, dövlət institutlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyırdı. Bu dəyişikliklər Konstitusiyanın dövlətin inkişaf dinamikasına uyğunlaşan, yeni ictimai-siyasi reallıqlara cavab verən və milli maraqların qorunmasına xidmət edən mühüm hüquqi mexanizm olduğunu bir daha təsdiqlədi.
Azərbaycanın müasir inkişafı, əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər, beynəlxalq mövqelərinin möhkəmlənməsi dövlətçiliyimizin hüquqi əsaslarının əhəmiyyətini daha da artırır. Bu baxımdan Konstitusiya yalnız hüquq normalarının məcmusu deyil, həm də milli birliyimizin, suverenliyimizin, dövlət müstəqilliyimizin və gələcəyə inamımızın ifadəsidir. Əsas Qanuna hörmət, onun müddəalarına əməl olunması və hüquqi dövlət prinsiplərinin ardıcıl şəkildə həyata keçirilməsi güclü dövlət quruculuğunun başlıca şərtlərindəndir.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə ölkəmizin tarixində yeni siyasi və hüquqi reallıqlar formalaşıb. Bu reallıqlar Konstitusiyanın dövlət müstəqilliyimizin, milli birliyimizin və gələcək inkişafımızın təminatçısı kimi rolunu daha da artırır. Bu gün qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, hüquqi dövlət quruculuğunu ardıcıl davam etdirmək, qanunun aliliyini və vətəndaş məsuliyyətini daha da gücləndirməkdir. Əminliklə demək olar ki, Azərbaycanın gələcək uğurları da möhkəm konstitusion əsaslara, milli maraqlara və dövlətçilik ənənələrinə söykənəcək. Çünki Konstitusiya təkcə dövlətin hüquqi sənədi deyil, həm də müstəqilliyimizin, suverenliyimizin və milli iradəmizin əbədi ifadəsidir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2026