Mobil versiya
Kobaxidze: Gürcüstan əhalisi arasında Aİ-yə üzvlüyə dəstək 70 %-dən çoxdur
Tarix: 12-11-2026 | Saat: 08:32
Bölmə:Dünya | çapa göndər

Kobaxidze:

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə əhalisi arasında Avropa İttifaqına (Aİ) üzvlüyə dəstəyin 70 %-dən çox olduğunu bildirib.

aia.az xəbər verir ki, o, bu barədə Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən müzakirədə çıxışında danışıb.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün dəyər təşkil edir.

İ.Kobaxidze bildirib ki, Gürcüstan vətəndaşları Avropa bürokratlarının hansı məsələlərdə doğru, hansı məsələlərdə isə yanlış danışdığını ayırd edə bilirlər.

Onun sözlərinə görə, Gürcüstan əhalisi Aİ-yə üzvlüyə dəstəklə Avropa bürokratlarının mövqelərini bir-birindən fərqləndirir.

Baş nazir həmçinin qeyd edib ki, hakimiyyət seçkilərdə dəfələrlə 50 %-dən çox səs alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-11-2026