Mobil versiya
ŞƏMSİ QOCA: "Vətən üçün döyüşçüdür, Millət üçün söz qalası- Mənim dilim"
Tarix: 01-08-2024 | Saat: 10:43
Bölmə:Qərbi Azərbaycan / Manşet / Özəl / Yazar1 | çapa göndər

ŞƏMSİ QOCA: "Vətən üçün döyüşçüdür, Millət üçün söz qalası- Mənim dilim"
Qayaların sərt qəlpəsi,
Zirvələrin şəlaləsi.
Bəzən cəngi sədasıdır,
Bəzən yanıq ney naləsi
Mənim dilim...

Yaşıl çəmən, sıx meşədir,
Tarixlərə güzgü tutan,
Cilalanmış bir şüşədir.
Qar altından boy qaldıran
Ətir saçan bənövşədir,
Mənim dilim...

Qobustanda daşa dönmüş
Tarixləşən, insan ömrü,
Qanad açıb quşa dönmüş
Milyon illik cahan ömrü,
Bir bəşəri sərvətimdir,
Hünərimdir, qeyrətimdir,
Mənim dilim.
Dədəm Qorqud qopuzunda
Dilləndikcə cilalanan,
Neçə kərə dərdə düşən, odda qalan,
Yaddaşlardan silindikcə yadda qalan,
Ən kəsərli qılınclara meydan açan
Mənim dilim...

Yağılara baş əyməyən Qız qalası,
Naxçıvanda Əlincədir,
Savalanda Bəzz qalası.
Vətən üçün döyüşçüdür,
Millət üçün söz qalası-
Mənim dilim.
Nə yaxşı ki bu dünyanın
Dərbəndi var, Təbrizi var.
Nə yaxşı ki, Vətənimin
Bu dünyada öz sözü var.
Bu söz səndən gəlib keçir,
Bu söz məndən gəlib keçir.
Kəlmə-kəlmə mənim dilim.
Minbir xalı toxuyursan
İlmə-ilmə mənim dilim.
Sən anamın laylasısan,
Sən ruhumun mayasısan.
Səndən mənə candı gələn,
Səndən mənə qandı gələn.
Səni duyan vəcdə gəldi
Çox elədi heyrət, dilim,
Şərəf dilim, qeyrət dilim!
Ana dilim...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2024