Mobil versiya
Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - FOTO
Tarix: 07-11-2026 | Saat: 12:08
Bölmə:Gündəm / Media | çapa göndər

Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir -


Media və Yayım Şurasının rəhbərliyi Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammitinin açılış mərasimində iştirak edir.
aia.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası məlumat yayıb.

Bildirilib ki, "İntellektual dövrdə media: konsensusdan fəaliyyətə" mövzusuna həsr olunan sammit çərçivəsində süni intellektin əlçatanlığının artırılması və dünya mediasının transformasiyası, daha təhlükəsiz dünya naminə media dialoqu və əməkdaşlığı, sivilizasiyalararası ünsiyyətdə süni intellektin rolu, qlobal kommunikasiyanın idarə olunmasının gələcəyi, eləcə də Pekinin inkişaf və modernləşmə təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılır.

Sammitin proqramına plenar iclasın, tematik forumların və seminarların keçirilməsi, həmçinin Pekinin zəngin mədəni irsi və müasir inkişafı ilə yaxından tanışlıq məqsədilə müxtəlif səfərlər daxildir.

Qeyd edək ki, 2009-cu ildə doqquz aparıcı media təşkilatının birgə təşəbbüsü ilə yaradılan və ilk toplantısı həmin ilin oktyabr ayında Pekində keçirilən Dünya Media Sammiti qlobal media qurumları, beyin mərkəzləri, hökumətlər, şirkətlər və beynəlxalq təşkilatlar arasında yüksək səviyyəli fikir mübadiləsi və əməkdaşlıq platforması kimi fəaliyyət göstərir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2026