Qələbəyə aparan yol və Böyük Qayıdış
Tarix: 07-11-2026 | Saat: 11:41
Bölmə:Siyasət | çapa göndər

“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Bu sözlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.
8 Noyabr Zəfər Günü təkcə bir hərbi qələbənin deyil, 30 illik səbrin, prinsipial siyasətin, güclü dövlət və xalq-ordu birliyinin təntənəsidir.1988-ci ildə başlayan Qarabağ hadisələri erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” xülyasını reallaşdırmaq cəhdi idi. Nəticədə on minlərlə günahsız insan həlak oldu, bir milyondan çox azərbaycanlı 30 il qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal altında qalan ərazilərdə şəhər və kəndlər dağıdıldı, infrastruktur məhv edildi, mədəni irsimizə və iqtisadiyyatımıza milyardlarla dollar ziyan vuruldu.Bütün bu illər ərzində dövlət siyasətinin mütləq prioriteti bir idi: işğal altında olan torpaqları azad etmək və Azərbaycan bayrağını bütün sərhədlər boyunca dalğalandırmaq.
Prezident İlham Əliyev qeyd edib ki, 2003-cü ildən bu günə qədər bütün addımları Azərbaycanın gücləndirilməsinə yönəlib və Vətən müharibəsinə qədər bütün addımlar bir amala xidmət edib: torpaqları azad etmək, düşməni qovmaq. Bu məqsəd üçün ordu quruculuğu prioritet oldu. Büdcədə hərbi xərclər artırıldı, ordu müasir silah-sursat və texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün texnika bir çox mənbədən alındı. Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı, bu gün mindən çox hərbi təyinatlı məhsul istehsal olunur. Eyni zamanda çoxşaxəli və effektiv xarici siyasət aparıldı. Azərbaycan transmilli enerji və nəqliyyat layihələri ilə regionun xəritəsini yenidən tərtib etdi, beynəlxalq nüfuzunu gücləndirdi. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 29 il ərzində məsələni həll etmədi, onu dondurmağa çalışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qaldı. Azərbaycan beynəlxalq hüquqa sadiq qalaraq danışıqlara sadiq qaldı, amma nəticə olmadı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra Ali Baş Komandanın “İrəli” əmri verildi. Azərbaycan xalqı bu əmri 30 ilə yaxın müddətdə gözləyirdi. Beləliklə, “Dəmir yumruq” əməliyyatı başladı. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəli getdi, hər gün yeni şəhər, kənd və yüksəklik azad edildi. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər yaşayış məntəqələri azad edildi.
Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla Ermənistan kapitulasiyanı qəbul etdi. Ağdam, Kəlbəcər və Laçın döyüşsüz qaytarıldı, 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Azərbaycan Ordusu təkcə Ermənistan ordusunu deyil, “erməni mifi”ni də məhv etdi.
Qələbə təkcə döyüş meydanında qazanılmadı. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın ən böyük media qurumlarına verdiyi 30-dan çox müsahibə Azərbaycanın qələbə diplomatiyası oldu. Ölkədə bütün siyasi qüvvələr, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar “Dəmir yumruq” ətrafında birləşdi. Milli birlik və siyasi həmrəylik Qələbənin əsas dayaqlarından birinə çevrildi. Qələbədən sonra dövlət Qələbəni əbədiləşdirdi. “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı” və azad olunmuş ərazilərin adını daşıyan medallar təsis olundu. Hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir. Bakıda Zəfər paradı, Hərbi Qənimətlər Parkı, Zəfər Parkı və Zəfər Muzeyi yaradıldı. Zəfər Muzeyində “Dəmir yumruq əməliyyatı”, “Şuşanın azad olunması”, “Dövlət suverenliyinin bərpası” kimi 8 zal fəaliyyət göstərir.19 sentyabr 2023-cü ildə bir gündən az davam edən antiterror əməliyyatı ilə Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını qaldırdı. 2023-cü il aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpasının simvolu oldu.2025-ci il 7-8 avqustda Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin görüşü ilə sülh gündəliyi təsdiqləndi.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə nəzərdə tutulur. Azərbaycanın mövqeyi aydındır: biz sülh istəyirik, amma ədalətli sülh. Bu gün Azərbaycanın əsas missiyası quruculuqdur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən bəri azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı il oktyabrın 23-ə qədər 10114 ailə, 40922 nəfər öz yurduna qayıdıb. 10 şəhər, 3 qəsəbə və 34 kənddə həyat bərpa olunub. Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qarabağ Universitetində 3330-dan çox tələbə oxuyur. 11937 nəfərin məşğulluğu təmin edilib. Qarabağda DOST, ASAN xidmət, Peşə Hazırlığı və RehaPoint mərkəzləri fəaliyyət göstərir. Dövlət şəhid ailələrini və qaziləri də unutmur. Postmüharibə dövründə 132 min şəxsə 443 min xidmət göstərilib, 7354 mənzil və 586 avtomobil verilib. 2025-ci ildə şəhid ailələri üçün Prezident təqaüdü 700 manata, müharibə əlilləri üçün təqaüdlər 600, 500 və 400 manata qaldırılıb. “YAŞAT” Fondu 19791 şəxsi öhdəliyə götürüb, 96 milyon manata yaxın vəsait xərcləyib.
Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Zəfər Günü də məhz bu inamın, bu birliyin və bu quruculuğun bayramıdır.
Təhminə Vəliyeva
Şəhid İlqar Vəliyevin həyat yoldaşı, Abşeron rayon sakini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2026